Eden Hazard: "Risk etmək istəmədim"
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində PSJ ilə görüşdə zədələnən "Çelsi"nin futbolçusu Eden Hazard oyundan çıxması haqda danışıb.

Belçikalı futbolçu "goal.com"a açıqlamasında riks etmək istəmədiyi üçün oyundan çıxdığını bildirib:

"Artıq isinmə hərəkətləri edərkən ayağımda ağrılar hiss edirdim. Düşündüm ki, bu mənə oynamağa mane olmaz. Lakin oyun zamanı ağrılarım daha da çoxaldı və risk etməmək qərarına gəldim. Bu səbəbdən meydanı erkən tərk etdim".

Qeyd edək ki, PSJ ilə matçın 17-ci dəqiqəsində oyundan çıxan Hazardın iki həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

Xəbər 938 dəfə oxundu.