Millimiz Çili və Yaponiya ilə eyni qrupda
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 23-dən mayın 2-dək 11-ci beynəlxalq "Delle Nazioni" turnirində iştirak edəcək.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirin qrup oyunları Avstriyada, yarımfinal oyunları Avstriya və Sloveniyada, final oyunu isə İtaliyada keçiriləcək.

A qrupu: Braziliya, İsrail, İtaliya, Zambiya

B qrupu: Azərbaycan, Çili, Xorvatiya, Yaponiya

C qrupu: Çin, Meksika, Sloveniya, ABŞ

25 aprel
Çili - Azərbaycan

26 aprel
Azərbaycan - Xorvatiya

27 aprel
Yaponiya - Azərbaycan

Xəbər 758 dəfə oxundu.