"İnter" "Barselona"nın futbolçusunu istəyir
"Barselona" klubunun yarımmüdafiəçisi Aleksandr Sonq karyerasını İtaliya A Seriyada davam etdirə bilər.

"İnter" klubu 26 yaşlı futbolçunu transfer etməyi planlaşdırır.

Milan təmsilçisi futbolçunun özü ilə danışıqlara start verib. Lakin kamerunlu futbolçu ilə "Mançester Yunayted" və "Napoli"nin də yaxından maraqlanması "İnter"in işini çətinə salıb. "Barselona" klubu isə yüksək məbləğ qarşılığında Sonqu bu üç komandadan birincə satacağını açıqlayıb.

Qeyd edək ki, Sonq 2012-ci ildə "Arsenal"dan "Barselona"ya transfer olunub.

Xəbər 821 dəfə oxundu.