Hamilton və Rosbergin son yarışı mübahisəyə səbəb oldu
Formula 1-də Mercedes pilotları Hamilton və Rosbergin son Bahreyn Grand Prixində böyük bir liderlik yarışına girməsi mübahisəyə səbəb olub.

İdman.com.az saytı xəbər verir ki, mersedes pilotu Lewis Hamilton ilə Nico Rosberg son ana qədər birincilik uğrunda mübarizə aparıblar. Yarışın bu anları fanatlar arasında qızğın mübahisəyə səbəb olub.

Bəziləri Mercedes pilotlarının şanslarını çox məcbur etdiklərini və bu səbəbdəndə sıra əmri tətbiq olunmasının lazım olduğunu bildiriblər. Mercedes rəhbərliyi isə mövsümüm sonuna kimi pilotlarına sıra əmri verməyəcəyini açıqlayıb.

Bəhreyndə Rosberq və Hamiltona yalnız qəza etməmələri üçün xəbərdarlıq olduqlarını söyləyən komanda patronlarından Paddy Lowe , " Pilotlarımıza əgər oyunun sonuna 1-2 tur qalmış bir-birilərini keçməməyi üçün əmr versəydik Formula 1 fanatları bu qədər zövqlü bir yarış izləyə bilməzdilər. 2 pilotumuz da bizim üçün eynidir. Özlərindən yalnız bu cür vəziyyətlərdə avtomobillərini və öz həyatlarını təhlükəyə atmamalarını istəyirik."-deyib.

Xəbər 721 dəfə oxundu.