Hakan Şükürün adını daşıyan stadionun adı dəyişdirilir
İstanbulda Hakan Şükürün adını daşıyan stadionun adı dəyişdirilir.

"Trend"in xəbərinə görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti məlumat verib.

Məlumata görə, sabiq futbolçu, Türkiyə Böyük Millət Məclisinin deputatı Gülən hərəkatı (hazırda ABŞ-da yaşayan ictimai din xadimi) ilə sıx əlaqədədir.

Hakan Şükür keçən ilin dekabr ayında hakim Ədalət və İnkişaf Partiyasından istefa edib. Millət vəkili istefasının səbəbini hakim partiyanın ölkədəki özəl hazırlıq kurslarının bağlanılmasına yönəlik siyasəti ilə izah edib.

Xəbər 917 dəfə oxundu.