Blan: "PSJ "Çelsi" ilə eyni səviyyədədir"
"Məğlubiyyətə görə məyusam. Yaxşı komandamız var. İlk oyunla müqayisədə bu matça yaxşı başlamışdıq. Yan xəttdən daxil edilən top qapımıza qolla nəticələndi. Bu da "Çelsi"yə ikinci hissədə özünəgüvən gətirdi. Biz isə qol epizodlarından istifadə edə bilmədik".

Bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında PSJ-nin baş məşqçisi Loran Blan Çempionlar Liqasının 1/4 finalında "Çelsi" ilə oyundan (0:2) deyib.

Fransız mütəxəssis komandasının "Çelsi" ilə eyni səviyyədə olduğunu bildirib: "Mərhələni keçə bilmədik. Ancaq "Çelsi"nin cüzi üstünlüyü var idi. Məncə, PSJ "Çelsi" ilə eyni səviyyəli komandadır. Pis oynadığımızı söyləyə bilmərəm. Təəssüf ki, yarımfinala yüksələ bilmədik".

Qeyd edək ki, dünən səfərdə "Çelsi"yə 0:2 hesabı ilə uduzan PSJ turnirdə mübarizəni dayandırıb.

Xəbər 891 dəfə oxundu.