“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birincilyi keçirilib
Aprelin 8-də Şəhər 1 saylı məktəb liseyin idman meydançasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

Birincilikdə 15 komanda iştirak edib. İştirakçılar əsasnaməyə uyğun olaraq 4 növ üzrə yarışıb.

Oyunun yekun protokoluna əsasən Sərkar kənd birinci yerə, Şəhər komandası ikinciyə, Alabaşlı qəsəbə komandası üçüncü yerə layiq görülüb.

Sonda qaliblər idarə tərəfindən diplom və kubokla mükafatlandırılıblar.

Xəbər 1207 dəfə oxundu.