“Şahinlər” hərbi idman oyunun rayon birinciliyi keçirilib
Aprelin 5-də “Şahinlər” hərbi idman oyunun rayon birinciliyi keçirilib.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin bazasında 200 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması olub.

Sonda birinci yerə Gəlmə kənd, ikinciyə Məmmədqasımlı kənd, üçüncüyə Şıxbağı kənd tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 1008 dəfə oxundu.