Cəfərov Elçin Lənkəran oğlu
Cəfərov Elçin Lənkəran oğlu 1959-cu il fevralın 7-də Ağdam rayonunda anadan olub. 1978-ci ildən əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə yunan-Roma güləşi üzrə idman ustası adına lqyiq görülüb. 1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1992-ci ildə Əməkdar məşqçi adına layiq görülüb. 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Şöhrət» ordeni ilə təltif edilib. Yunan-Roma güləşi üzrə milli yığma komandanın baş məşqçisi vəzifəsində çalışıb.

Milli Olimpiya Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir.

Milli yığma komandanın baş məşqçisi kimi yunan-Roma güləşi üzrə ən yüksək nəticələr əldə edib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.


Xəbər 1269 dəfə oxundu.