Lui van Qal İngiltərə klubu ilə razılığa gəldi
"Tottenhem" Hollandiya millisinin baş məşqçisi Lui van Qalla razılığa gəlib.

Klub mövsümün sonunda hazırkı çalışdırıcı Tim Şervudla yolları ayıracaq. DÇ-2014" başa çatdıqdan sonra isə komandanın başına van Qal keçəcək.

Qeyd edək ki, 62 yaşlı mütəxəssisin yaxın günlərdə "Tottenhem"lə ilkin müqavilə imzalayacağı gözlənilir.

Xəbər 814 dəfə oxundu.