"Beşiktaş" hollandiyalı futbolçunu transfer edir
"Beşiktaş" klubu yeni mövsüm üçün növbəti transfer hədəfini açıqlayıb.

İstanbul təmsilçisi "Hamburq"un futbolçusu Rafael van der Varta "elçi" düşüb.

Artıq "Beşiktaş"ın direktoru Önder Özen Almaniyaya gedərək hollandiyalı futbolçunun transferi ilə bağlı "Hamburq" rəsmiləri ilə görüşüb. Tərəflər razılığa gələrsə, təcrübəli futbolçu yeni mövsümdən "Beşiktaş"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, 2012-ci ildən "Hamburq"da çıxış edən 31 yaşlı futbolçu keçirdiyi 51 oyunda 12 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 835 dəfə oxundu.