“Mançester Yunayted”in skautları Kuadradonu izləyiblər
“Fiorentina”nın hücumameyilli yarımmüdafiəçisi Xuan Kuadrodo, “Mançester Yunayted”in transfer əhatəsinə düşüb.

İtaliya çempionatının 32-ci tur çərçivəsində oynanılan “Fiorentina” – “Udineze” (2-1) matçını, “Artemio Franki” stadionundan “qırmızı şeytanlar“ın skautları da izləyib. Onlar Kolumbiya yığmasının da şərəfini qoruyan, “Fiorentina“nın sağ cinah vingeri Xuan Kuadrodonu izləyirdilər. Bu oyunda Kuadrodo bir qol və asistlə yadda qalıb.

Buna qədər isə futbolçuyla “Barselona“, “Bayern Münhen” və “Arsenal“ın maraqlandığı deyilirdi.

Xəbər 743 dəfə oxundu.