Levandovski: "Real"ın prezidenti ilə görüşmüşəm" | |
"Borussiya"nın futbolçusu Robert Levandovski "Real"ın ötən yay onu transfer etmək istədiyini təsdiqləyib. Bu barədə o, Çempionlar Liqasının 1/4 finalında Madrid klubu ilə oyun öncəsi deyib. Polşalı hücumçu ötən mövsüm ÇL-də "Santyaqo Bernabeu" stadionunda "Real"la matçda sonra bu görüşün baş tutduğunu bildirib: "Ötən mövsüm İspaniyada Madrid klubunun prezidenti Floretino Perezlə görüşdüyüm doğrudur". Qeyd edək ki, Levandovski qış transferi pəncərəsində "Bavariya" ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən o, yeni mövsümdən Münhen təmsilçisində çıxış edəcək. |
|
Xəbər 776 dəfə oxundu. |
|
|