Kun Kastels dünya çemionatından kənarda qaldı
Belçika milli komandasının qapıçısı Kun Kastels futbol üzrə 2014-cü il dünya çempionatını buraxmalı olacaq.

“Hoffenhaym” klubunun 21 yaşlı qolkiperi Almaniya çempionatının 29-cu turunda “Herta” ilə oyun zamanı zədələnib.

Rəqib futbolçu Adrian Ramosla toqquşma nəticəsində onun ayağı sınıb. Yaxın vaxtlarda Kastels əməliyyat olunacaq. Gənc qapıçı bu mövsüm Bundesliqada 23 oyuna çıxıb. O, Belçika yığmasının ikinci qapıçısıdır. Əsas qapıçı isə İspaniya “Atletiko”sunda yer alan Tibo Kurtuadır.

Qeyd edək ki, daha öncə İspaniya millisinin qapıçısı Viktor Valdesin də zədə üzündən dünya çempionatını buraxacağı açıqlanıb.

Xəbər 1072 dəfə oxundu.