"Mançester Siti"nin Suarez israrı davam edir
"Mançester Siti" klubu mövsümün sonunda "Liverpul"un hücumçusu Luis Suarezi transfer etməyi planlaşdırır.

Mançester təmsilçisi yenidən uruqvaylı futbolçu ilə danışıqlar aparır.

"Mançester Siti" klubu 27 yaşlı futbolçunun keçidi üçün "Liverpul"a yüksək məbləğ təklif etməyə hazırlaşır. Təcrübəli futbolçu da hələlik gələcəklə bağlı qərarını açıqlamayıb. Suarezin mövsümün sonunda "Real" (Madrid) klubuna transfer olunacağı bildirilir.

Qeyd edək ki, Suarez 2011-ci ildə "Ayaks"dan "Liverpul"a transfer olunub.

Xəbər 850 dəfə oxundu.