Arda "Barselona" ilə matçda oynayacaqmı?
"Atletiko"nun futbolçusu Arda Turan Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə cavab qarşılaşmasını buraxmalı olacaq.

Kataloniya klubu ilə matçda zədələnən türk yarımmüdafiəçinin dincəlməyi vacibdir. Baş məşqçi Dieqo Simeonenin Ardanın yerinə qış transferi pəncərəsində heyətə qatdığı Dieqo Ribası oynadacağı bildirilir.

Qeyd edək ki, Dieqo "Barsa" ilə ilk matçda komandasının yeganə qolunu vurmuşdu.

Xəbər 745 dəfə oxundu.