Ağcabədidə rayon birinciliyi keçirilib
Aprelin 5-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə “Şahin” hərbi-idman oynunun rayon birinciliyi keçirilib.

Ağcabədi Mərkəzi Stadionunda 792 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi olub.

Sonda birinci yerə R.İbrahimov adına Nəcəfqulubəyli kənd tam orta məktəbin komandası, ikinciyə 1saylı, üçüncüyə 11 saylı tam orta məktəbin komandası layiq görülüb.

Xəbər 824 dəfə oxundu.