İspaniya La Liqası: "Sevilya" və "Malaqa"dan böyükhesablı qələbə
İspaniya La Liqasında 32-ci turun oyunları davam edir.

Növbəti oyun günündə daha 4 görüş baş tutub.

"Malaqa" öz meydanında "Qranada"ya heç bir şans verməyib - 4:1.

"Xetafe" səfərdə "Elçe"yə uduzub - 0:1.

"Valyadolid" - "Valensiya" matçında qapılara qol vurulmayıb.

"Sevilya" isə doğma meydanda "Spanyol" üzərində inamlı qələbə qazanıb - 4:1.

Qeyd edək ki, La Liqada 32-ci tura bu axşam keçiriləcək "Levante" - "Atletik" (Bilbao) oyunu ilə yekun vurulacaq.

6 aprel

İspaniya La Liqası, 32-ci tur

"Malaqa"- "Qranada" - 4:1
Qollar: Kamaço, 14 (1:0), 37 (2:0), Amrabat, 50 (3:0), Juanmi, 74 (4:0), Arabi, 78 (4:1)

"Elçe" - "Xetafe" - 1:0
Qol: Boakye, 73 (1:0)

"Sevilya" - "Espanyol" - 4:1
Qollar: Mbia, 18 (1:0), Kameiro, 44 (2:0), Qarsiya, 47 (2:1), Kameiro, 84 (3:1), Rakitiç, 89 (4:1)

"Valyadolid" - "Valensiya" - 0:0


5 aprel

"Atletiko" (Madrid) - "Vilyarreal" - 1:0
Qol: Qarsiya, 14 (1:0)

"Barselona" - "Betis" - 3:1
Qollar: Messi, 15-pen (1:0), Figueras, 67-avtoqol (2:0), Kastro, 68 (2:1), Messi, 86 (3:1)

"Real Sosyedad" - "Real" (Madrid) - 0:4
Qollar: İllaramendi, 45 (0:1), Beyl, 66 (0:2), Pepe, 85 (0:3), Morata, 88 (0:4)

"Rayo Valekano" - "Selta Viqo" - 3:0
Qollar: Roçina, 26 (1:0), Bueno, 49 (2:0), 60 (3:0)


7 aprel

"Levante" - "Atletik" (Bilbao)

4 aprel

"Almeria" - "Osasuna" - 1:2
Qollar: Arribas, 32 (0:1), Riera, 18 (1:1), Soriano, 73 (1:2

Xəbər 855 dəfə oxundu.