FİFA Uruqvayla bağlı qərarını verdi
Uruqvay millisini "DÇ-2014"dən uzaqlaşdırılmayacaq.

FİFA-nın prezidenti Yozef Blatter yığmanın cəzalandırılmacayağını deyib:
"Uruqvay dünya çempionatına gedəcək və qrupdan çıxmaq üçün mübarizə aparacaq".

Qeyd edək ki, Uruqvay hökuməti yerli futbol federasiyasının işinə qarışdığı üçün ölkə millisinin "DÇ-2014"dən uzaqlaşdırılacağı iddia edilirdi. Hakimiyyətin təzyiqindən sonra isə Uruqvay Futbol Assosiasiyası tam tərkibdə istefaya gedib.

Xəbər 823 dəfə oxundu.