Qonzalo İquain Premyer Liqa yolunda
"Napoli" klubunun hücumçusu Qonzalo İquain yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Argentinalı futbolçu ilə "Arsenal" və "Çelsi" klubları yaxından maraqlanır.

Hücum xəttində problemlər yaşayan hər iki komanda mövsümün sonunda İquaini heyətinə qatmağı planlaşdırır. Lakin 26 yaşlı futbolçunun hansı komandanı seçəcəyi maraqla gözlənilir. İquainin yeni mövsüm "Napoli"də qalacağı da istisna olunmur.

Qeyd edək ki, mövsümün əvvəlində "Real" (Madrid) klubundan "Napoli"yə transfer olunub.

Xəbər 872 dəfə oxundu.