"İspaniya millisinə titulunu qorumaq asan olmayacaq"
İspaniya millisinin baş məşqçisi Visente del Boske komandasının "DÇ-2014"dəki şanslarını dəyərləndirib.

İspaniya mətbuatına danışan təcrübəli mütəxəssis dünya çempionu titulunu qorumağın çətin olacağını bildirib:

"Dünyanın ən yaxşı hücumçularına hörmətlə yanaşmaq lazımdır. Ancaq İspaniya millisi ilə bir dünya və iki Avropa çempionluğunu qazanan futbolçular fərdi mükafatlarla təltif olunmalıdırlar. Düşünürəm ki, artıq ispan futbolçuların da "Qızıl top"u qazanmaq vaxtı gəlib çatıb. Qarşıdakı dünya çempionatına gəlincə hazırda bu titulu qazanmaq istəyən çox güclü komandalar var. Ona görə də bizə bu titulu qorumaq asan olmayacaq".

Xəbər 888 dəfə oxundu.