Oskar Kardozo "Mançester Siti"nin hədəfində
"Benfika" klubunun hücumçusu Oskar Kardozo mövsümün sonunda komandadan ayrıla bilər.

"Mançester Siti" klubu paraqvaylı futbolçu ilə yaxından maraqlanır.

Hücum xəttini gücləndirməyi planlaşdıran Mançester təmsilçisi mövsümün sonunda 30 yaşlı futbolçu ilə danışıqlara başlayacaq. Hazırda zədəli olan Kardozonun da "Mançester Siti"nin təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, 2007-ci ildən "Benfika"da forma geyinən Kardozo keçirdiyi 171 oyunda 110 qola imza atıb.

Xəbər 793 dəfə oxundu.