AÇ-2014 dördüncü gün: 70 və 86 kq sərbəst güləşçilər yarışacaq
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın dördüncü günündə 70 və 86 kq sərbəst, 63 və 75 kq qadın güləşçilər mübarizə aparır. Azərbaycan güləşçiləri sərbəst güləş yarışlarında ölkəmizi təmsil edəcək. İlk görüşlər Bakı vaxtı ilə saat 12.00-da başlayacaq.

70 kq
1/8 final - Ruslan Dibirhacıyev - Anton Afanasyev (BLR)

86 kq
1/16 final - Peter Yanulov (MDA) - Həmzət Osmanov

Xəbər 932 dəfə oxundu.