Ançelotti finalda PSJ ilə qarşılaşmaq istəyir
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında sabiq komandası PSJ ilə qarşılaşmaq istəyir.

Bu barədə Paris klubunun prezidenti Nasser Əl-Xəlaifi açıqlama verib.

Onun sözlərinə görə Ançelotti bu istəyini ona mesajla bildirib: "Borussiya" ilə ilk oyundan dərhal sonra Ançelottiyə mesaj yazaraq onu qələbə münasibətilə təbrik etdim. O da mənə yazdığı cavabında finalda məhz PSJ ilə qarşılaşmaq istədiyini bildirdi".

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalının ilk oyunu çərçivəsində "Real" öz meydanında "Borussiya"nı 3:0, PSJ isə "Çelsi"ni 3:1 hesabı ilə məğlub edib.

Xəbər 773 dəfə oxundu.