Belçika millisi ciddi itki ilə üzləşdi
Braziliyada keçiriləcək dünya çempionatının iştirakçı komandalarından olan Belçika millisi ciddi itki ilə üzləşib.

"Aston Villa" klubunun futbolçusu Kristian Benteke zədələnərək sıradan çıxıb.

Daban nahiyyəsindən zədələnən 23 yaşlı futbolçunun 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. İngilis təmsilçisinin baş məşqçisi Paul Lambert futbolçunun zədəsi haqda bunları deyib:

"Bentekenin zədəsi klubu və Belçika millisi üçün qorxunc bir hadisədir. Onun üçün mövsümün qalan hissəsində və dünya çempionatında darıxacağıq. Bununla belə, müalicəsinin ardından daha güclü şəkildə yaşıl meydanlara qayıtmasının tərəfdarıyıq".

Qeyd edək ki, bu mövsüm 26 oyuna çıxan Benteke 10 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 842 dəfə oxundu.