"Kavani məşqçinin qərarına hörmətlə yanaşmalıdır"
PSJ klubunun hücumçusu Edinson Kavani yeni mövsümdə də komandada qalacaq.

Bu barədə klubun prezidenti Nasser Əl Xəlaifi RMC-ya açıqlamasında deyib:

"Kavani bizim üçün önəmli futbolçudur. O peşəkardır və qələbə qazanmaq üçün əlindən gələni edən birisidir. Onu dəstəkləyirəm".

Klub prezidenti eyni zamanda uruqvaylı futbolçunun oynadığı mövqeyindən narazı olmasına da münasibət bildirib: "Əgər Kavani mövqeyini dəyişmək istəyirsə, bu onun deyil, baş məşqçisinin qərarından asılıdır. Futbolçu bu qərara hörmətlə yanaşmalıdır. Baş məşqçi harda istəyərsə, orada da oynamalıdır. Təbii ki, o bu məsələni müzakirə edə bilər, ancaq son qərarı biz veririk".

Qeyd edək ki, PSJ-də xoşbəxt olmadığı söylənilən Kavaninin mövsümün sonunda "Real" (Madrid) klubuna gedəcəyi iddia olunur.

Xəbər 913 dəfə oxundu.