Lukaku "Çelsi"ni "Tottenhem"ə dəyişir
"Everton"da icarə əsasında oynayan Romelu Lukakunun mövsümün sonunda "Tottenhem"ə transfer olunacağı iddia edilir.

Artıq London təmsilçisi futbolçunun müqavilə ilə məxsus olduğu "Çelsi"yə rəsmi təklif göndərib.

Cari mövsüm hücum xəttində ciddi sıxıntılar yaşayan "Tottenhem" klubu bu boşluğu belçikalı futbolçu ilə doldurmaq niyyətindədir. Bu məqsədlə "Tottenhem" klubu 20 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 18 milyon avro təklif edib. Lakin Lukakunun baş məşqçi Joze Mourinyo ilə görüşəcəyi və məhz portuqaliyalı mütəxəssisin planına uyğun hərəkət ediləcəyi bildirilir.

Qeyd edək ki, Lukaku Premyer Liqada keçirdiyi 24 oyunda 12 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 776 dəfə oxundu.