"Beşiktaş"ın Leskot israrı davam edir
"Beşiktaş" klubu "Mançester Siti"nin müdafiəçisi Joleon Leskotu transfer etməkdə israrlıdır.

Bu barədə "The Sun" qəzetinə danışan klubun direktoru Öndər Özən mövsümün sonunda ingilis futbolçu ilə danışıqlara başlayacaqlarını bildirib:

"Leskotdan hələ də əl çəkməmişik. Onu yenə transfer etmək istəyirik və mövsümün sonunda futbolçu ilə rəsmi danışıqlara başlayacağıq".

Qeyd edək ki, 31 yaşlı futbolçu 2009-cu ildən "Mançester Siti"nin şərəfini qoruyur.

Xəbər 845 dəfə oxundu.