İsmayıllıda rayon birinciliyi keçirilib
Bu gün İsmayıllı rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə "Şahin" Hərbi - İdman oyunlarının rayon birinciliyi keçirilib.

Yarışda rayonun 20 tam orta məktəbinin komandaları iştirak edib.

Açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edib. O, yarışın məqsədinin gənclərdə hərbi vətənpərvərlik ruhunu dahada yüksəltmək,məktəblilərin fiziki hazırlığını artırmaq və ordu sıralarına hazırlamqdan ibarət olduğunu bildirib.

Gərgin keçən mübarizədə birinci yerə, ikinci yerə şəhər, üçüncü yerə şəhər 1 saylı məktəbin komandalari laiq görülüblər.

Xəbər 969 dəfə oxundu.