Qvardiola: "Barselona" çempion olacaq"
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola sabiq komandası "Barselona" haqda danışıb.

İspaniyalı mütəxəssis Almaniya mətbuatına açıqlamasında "Barselona"nın bu mövsüm La Liqada çempion olacağına inandığını bildirib:

"La Liqada çempionluq uğrunda amansız və maraqlı mübarizə gedir. Çempionluğa üç komanda namizəddir. İnanıram ki, mövsümün sonunda qızıl medallara məhz "Barselona" sahib çıxacaq. Kataloniya təmsilçisinin potensialı buna imkan verir".

Qeyd edək ki, "Barselona" 31 turdan sonra 75 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Xəbər 721 dəfə oxundu.