Ronaldo Messinin rekordunu təkrarladı
"Real"ın futbolçusu Kriştiano Ronaldo "Barselona"nın hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

Çempionlar Liqasının 1/4 finalında "Borrusiya" ilə dünənki matçda (3:0) bir dəfə fərqlənən portuqaliyalı hücumçu bununla da cari mövsüm ÇL-də vurduğu qolların sayını 14-ə yüksəldib. Ronaldo bu nəticə ilə ÇL-də bir mövsümdə ən çox fərqlənən Messinin rekorduna şərik olub.

Ronaldo "Borussiya" ilə cavab qarşılaşmasında da qol vursa, yeni rekord müəyyənləşdirəcək.

Xəbər 729 dəfə oxundu.