Ömrünün 250-ci yarışında
McLaren pilotu Jenson Button önümüzdəki həftə sonunda iştirak edəcək Bahreyn GP-ində kariyerasının 250-ci yarışına çıxacaq.

İdman.com.az saytı xəbər verir ki, BAR, Benetton, Brawn GP, Honda, Renault, Williams komandalarında yarışan ingilis idmançısı Jenson Button 2009 mövsümündə dünya çempionu olub.

Qeyd edək ki, o, ilk dəfə Formula 1 kariyerasına 2000-ci il mövsümündə Williams komandasında başlayıb.

Xəbər 1427 dəfə oxundu.