Vaggelis Aggelou: "Yarış ruhumuzu sınayacağıq"
Anadolu Efesin baş məşqçisi Vaggelis Aggelou Yunanıstan nümayəndəsi Olympiakos ilə çıxış edəcəyi matçda sadəcə yarışçı ruhlarını sınayacaqlarını söyləyib.

İdman.com.az saytı xəbər verir ki, baş məşqçi klubun internet saytında yazdığı şərhində Olympiakos ilə çətin bir mübarizəyə çıxacaqlarının qeyd edib.

"Bu qarşılaşmada rəqibimizlə basketbol parametrlərindəki yarış ruhumuzu sınayacağıq. Bunu bacaracağımıza inanıram".

Qeyd edək ki, bu qarşılaşma sabah THY Avroliqa Top 16 turun 13-cü həftəsinin oyunlarında baş tutacaq.

Xəbər 1018 dəfə oxundu.