Topaz Premyer Liqanın iki oyunu canlı yayımlanacaq
Topaz Premyer Liqasında 29-cu turun iki oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq.

İdman.com.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, azarkeşlər AZAL - "Qarabağ" və "Neftçi" - "Bakı" oyunlarını "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı izləyə biləcəklər.


5 aprel (şənbə)

AZAL – “Qarabağ”
“AZAL Arena” stadionu, 17:00 (canlı, “İdman Azərbaycan”)


6 aprel (bazar)

“Neftçi” – “Bakı”
8-ci km qəsəbə stadionu, 15:30 (canlı, “İdman Azərbaycan”)

Xəbər 785 dəfə oxundu.