Klopp: "Cavab görüşündə "Real"a beş qol vura bilərik"
ÇL-ın 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Real"la qarşılaşan Dortmund "Borussiya"sının baş məşqçisi Yurgen Klopp 0:3 hesabı ilə uduzduqları qarşılaşma haqda fikirlərini bildirib.

"Sky Sport"a danışan alman mütəxəssis məğlubiyyətin səbəblərini ziah edib:

"Biz kompakt müdafiə oluna bilmədik. Ancaq futbolçularım oyuna nəzarət edə bilirdilər. İkinci və üçüncü qollar öz səhvimizdən oldu. "Real" öz meydanında bizi məğlub etdi. Artıq heç nəyin fərqi yoxdur. Cavab oyununda "Real"a beş qol da vura bilərik. Sona qədər vuruşub, hər şeyimizi ortaya qoyacağıq".

Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 8-də keçiriləcək.

Xəbər 740 dəfə oxundu.