Saşa Yunisoğlu "Dənizlispor"dan ayrıldı
Türkiyənin "Dənizlispor" klubu azərbaycanlı futbolçu Saşa Yunisoğlu ilə yollarını ayırıb.

Bu barədə birinci divizion təmsilçisinin prezidenti Mehmet Özsoy klubun rəsmi saytına açıqlamsında məlumat verib.

"Saşa Yunisoğlu ilə sözləşməmizi qarşılıqlı olaraq ləğv etdik. Bu futbolçumuzun "Dənizlispor"a verdiyi əməyə görə ona çox təşəkkür edir, futbol həyatında uğurlar arzulayıram" - deyə o bildirib.

Qeyd edək ki, milli komandamızın sabiq üzvü bu mövsüm zədə səbəbindən komandasının heyətində nadir hallarda meydana çıxırdı.

Xəbər 955 dəfə oxundu.