"Roma" "Parma"nı dörd qolla məğlub etdi
İtaliya çempionatında 22-ci turdan təxirə salınan bir oyun keçirilib.

"Roma" öz meydanında "Parma" ilə qarşılaşıb və rəqibini 4:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu qarşılaşma matçın 10-cu dəqiqəsində güclü yağış səbəbindən dayandırılmışdı. Dünənki görüş isə oyunun qaldığı yerdən davam etdirilib.

2 aprel

"Roma" - "Parma" - 4:2
Qollar: Jervinyo, 12 (1:0), Totti, 16 (2:0), Pyaniç 49, (3:0), Taddey, 82 (4:0), Açkah, 15 (4:1), Biabiani, 90 (4:2)

Xəbər 755 dəfə oxundu.