Skolari: "Bu, Del Boskenin problemidir"
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari "Atletiko" (Madrid) klubunun hücumçusu Dieqo Kosta haqda maraqlı fikirlər səsləndirib.

"Football Espana"ya danışan təcrübəli mütəxəssis Kostanın zədələnməsinin İspaniya millisinin baş məşqçisi Visente Del Boskeyə problem yaradacağını deyib:

"İspaniya millisini Kosta özü seçdi. Onun qərarına hörmətlə yanaşmalıyıq. Ancaq "Barselona" ilə oyunda zədələndi. Bu artıq Del Boskenin problemidir. "Nou Kamp"a Daniel Alveş, Filipe Luis və Adrinaonun oyunlarını izləmək üçün getmişdim. Qarşıdakı dünya çempionatı Neymarın turniri ola bilər. Biz ona inanmalı və güvənməliyik".

Xəbər 741 dəfə oxundu.