"Qarabağ" AZAL-la oyuna hazırlaşır | |
"Qarabağ" AZAL-la oyunun hazırlıqlarına başlayıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Topaz Premyer Liqanın XXIX turunda "təyyarəçi"lərin qonağı olacaq komanda günü tək məşqlə keçirəcək. "Qarabağ"ın məşqi saat 17:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq. "Qarabağ"ın çalışmasında bütün futbolçuların iştirak etməsi gözlənilir. Qeyd edək ki, AZAL - "Qarabağ" oyunu aprelin 5-də, saat 17:00-da keçiriləcək. |
|
Xəbər 738 dəfə oxundu. |
|
|