"Fənərbaxça" Ərsun Yanalla müqaviləni yeniləyir
"Fənərbaxça" baş məşqçisi Ərsun Yanalla müqaviləni yeniləyəcək.

Klub rəhbərliyi Türkiyə superliqasında lider olan İstanbul təmsilçisinin çalışdırıcısı ilə sözləşməni uzatmağa qərar verib. "Fənərbaxça" çempion olsa, E.Yanalla 3+2 illik yeni müqavilə imzalanılacaq.

Qeyd edək ki, hazırda liqada 60 xalı olan "Fənərbaxça" ən yaxın izləyicisi "Qalatasaray"dan 10 xal qabaqdadır.

Xəbər 749 dəfə oxundu.