Finlandiyada güləş üzrə Avropa çempionatı davam edir
Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Çempionatın ikinci günündə 57, 61 kiloqram çəki dərəcələrində sərbəst, 53 və 60 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparacaqlar.

Artıq güləşçilərimizin ilk rəqibləri müəyyənləşmişdir. Belə ki, Qalib Əliyev (57 kq) monakolu Gennadi Tulbea - Qarik Barseqyan (Ermənistan) qarşılaşmasının qalibi ilə, Hacı Əliyev (61 kq) Almaniya təmsilçisi Aleksandr Semisorovla, Patimat Baqomedova (53 kq) Laura Mertenslə (Almaniya), Yuliya Ratkeviç (60 kq) isə Macarıstan idmançısı Ramano Qalamboş ilə qarşılaşcaqlar.
Qeyd edək ki, Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə bir qızıl və iki gümüş medal qazanmışlar.

Xəbər 1089 dəfə oxundu.