Avro-2013: rəqiblərimiz Belarus, Finlandiya və Avstriyadır

Oktyabrın 29-da Lüksemburq şəhərində 2012-ci ildə Voleybol üzrə gənclər arasında və 2013-cü ildə qadınlar arasında Avropa Çempionatının püşkatma mərasimi keçirilib.
Gənclərdən ibarət komandamız Avropa çempionatına vəsiqə qazanmaq üçün II mərhələdən mübarizəyə qoşulacaq. Qızlarımız aprelin 10-15-də (2012-ci il) Sloveniyanın ev sahibi olduğu “B” qrupunda çıxış edəcəklər. Komandamızın rəqibləri Ukrayna, Belgiya, İspaniya, Xorvatiya, Sloveniya və birinci mərhələdə qarşılaşacaq Çernoqoriya-İsveç-Estoniya üçlüyünün qalibi olacaq.
Voleybol üzrə qadinlar arasında 2013-cü ildə keçiriləcək Avropa çempionatina vəsiqə qazanmaq üçün millimiz 2-ci mərhələdən mübarizə aparacaq. Qızlarımız “C” qrupunda çıxış edəcəklər. Millimizin rəqibləri Belarusiya, Finlandiya, Avstriya yığmaları olacaq. Məlumat üçün bildirək ki, sentyabrın 6-9-da (2012-ci il) qrup oyunlarının I mərhələsi Finlandiyada, II mərhələsi isə sentyabrın 13-16-da Azərbaycanda keçiriləcək.

Xəbər 1142 dəfə oxundu.