Robben: "Old Trafford"da oynamaq çox çətindir"
"Bavariya"nın futbolçusu Aryen Robben Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə 1:1 hesabı ilə bərabərə qaldıqları oyunu şərh edib.

Hollandiyalı hücumçu əldə etdikləri nəticədən məmnun qaldığını deyib:

"1:1 hesabı pis nəticə deyil. Ən azından 0:0 hesabından daha yaxşıdır. Bəzi insanlar bu matçda qələbə qazanacağımızı düşünürdü. Ancaq "Old Trafford"da oynamaq çox çətindir. "MY" Premyer Liqada pis oyun nümayiş etdirə bilər. Amma bu Çempionlar Liqasıdır. Bu cür maraqlı oyununun olacağını gözləyirdim. Çoxlu qol epizodları yarada bilmədik. Yenə də 1:1 hesabından məmnunuq. Növbəti matçda əlimizdən gələni edəcəyik".

Xəbər 841 dəfə oxundu.