Borussiya Dortmund Kolumbiya yığmasının forvardını transfer etdi
Hertanın hücumçusu Adrian Ramos yayda Dortmunda keçəcək. Kolumbiyalı forvardın transferi 10 milyon avroya reallaşacaq. Onunla 2017-ci ilə qədər müqavilə imzalanacaq. Futbolçunun məvacibi 2,8 milyon avro olacaq.Bu mövsüm Ramos bundesliqanın 28 oyununda 16 qol vurub. Xatırladaq ki, yayda Borussiyanın forvardı Robert Levandovski Bavariyaya keçəcək.

Xəbər 970 dəfə oxundu.