Samuxda rayon birinciliyi keçirilib
Martın 28-də Samux rayon Qarabağlar kənd tam orta məktəbin idman meydançasında “Şahinlər” hərbi-idman oynununun rayon birinciliyi keçirilib.

19 komanda 323 nəfər tam tərkibdə iştirak edib.

Birincilikdə Sərkar kənd birinci yerə,Qarayeri 1saylı tam orta məktəb ikinciyə, Samux şəhər 2 saylı tam orta məktəb komandası isə üçüncüyə layiq görülüb.

Qaliblər diplom və kubokla mükafatlandırılıblar.

Rayon birinciliyinin qalibi olan Sərkar kənd tam orta məktəb komandası Gədəbəy rayonunda keçiriləcək zona birinciliyində rayonumuzu təmsil edəcək.

Xəbər 1234 dəfə oxundu.