"Barselona"nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasının 1/4 final mərhələsində hazırda öz meydanında "Atletiko" ilə qarşılaşan "Barselona" ciddi itki ilə üzləşib.

Görüşün 8-ci dəqiqəsində hava mübarizəsində sərt şəkildə yerə düşən Xerard Pike oyunu davam etdirə bilməyib. Onun əvəzinə isə bu mövsüm ÇL-da cəmi 180 dəqiqə meydanda olan Mark Bartra oyuna daxil olub.

Qeyd edək ki, "Atletiko"da da erkən dəyişiklik etməyə məcbur olub. Belə ki, matçın 32-ci dəqiqəsində əzələsini dartan Dieqo Kosta oyunu tərk edib.

Xəbər 805 dəfə oxundu.