Finlandiyada güləş üzrə Avropa çempionatı başlanıb
Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı başlamışdır.

Çempionatın ilk günündə 65, 97 kiloqram çəki dərəcələrində sərbəst, 48 və 58 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparacaqlar.

Püşkatmanın nəticəsinə əsasən, güləşçilərimizdən Toğrul Əsgərov (65 kq) bolqarıstanlı Borislav Noviçkovla, Xetaq Qazyumov (97 kq) Belarus təmsilçisi İvan Yankovski ilə, Mariya Stadnik (48 kq) Nadejda Fedorova (Rusiya) - Sarianna Savola (Finlandiya) qarşılaşmasının qalibi ilə, İrina Netreba (58 kq) isə bolqarsıtanlı Viktoriya Bobeva ilə üz-üzə gələcəklər.

Xəbər 773 dəfə oxundu.