"Lans" yenə büdrədi
"Bakı"nın prezidenti Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu Fransa ikinci liqasında növbəti matçına çıxıb.

"Land of Fire Azerbaijan" formalı komanda 30-cu turda öz meydanında "Klermont Fut"la qarşılaşıb.

Ötən turda səfərdə iki xal itirən "Lans" bu oyunda qələbə qazanacağı təqdirdə lider "Metz"lə 3 xallıq fərqi qoruyacaqdı. Lakin Bakı vaxtı ilə saat 23:30-da başlayan görüşdə qalib müəyyənləşməyib - 1:1.

31 mart

Fransa ikinci liqası, 30-cu tur

23:30. "Lans" - "Klermont Fut" - 1:1
Qollar: Lyuboya, 5 (1:0), Saadi, 10 (1:1)

Xəbər 786 dəfə oxundu.