Simeone: "Bu ən çətin Barselona səfərimiz olacaq"
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 finalının ilk görüşündə qarşılaşacaqları "Barselona" ilə oyunöncəsi mətbuat konfransı keçirib.

UEFA-nın rəsmi saytına danışan argentinalı mütəxəssis bu axşamkı görüşün ən çətin Barselona səfəri olacağını iddia edib:

"Yarımfinal uğrunda mübarizədə iki argentinalı mütəxəssis üz-üzə gələcək. Hər ikimiz çalışdırdığımız klubun tələblərini yerinə yetirməyə çalışırıq. Martino hər zaman böyük hədəfləri olan "Barselona"da çalışır. Düşünürəm ki, bu axşamkı görüş ən çətin Barselona səfərimiz olacaq. Rəqib əla formadadır və bizimlə görüşdə hər kəs tam silahlanmış "Barsa" görəcək. Rəqib cütün taleyini ilk matçda həll etməyə çalışacaq. Lakin biz buna imkan verməməliyik. Əks təqdirdə işimiz çətin olacaq".

Qeyd edək ki, "Barselona" - "Atletiko" (Madrid) oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 782 dəfə oxundu.