Mario Balotelli "Arsenal"ın hədəfində
"Milan" klubunun hücumçusu Mario Balotelli karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İtaliyalı futbolçu "Arsenal"ın transfer hədəfinə düşüb.

Cari mövsüm hücum xəttində problem yaşayan London təmsilçisinin baş məşqçisi Arsen Venger bu boşluğu Balotelli ilə gücləndirmək niyyətindədir. 23 yaşlı futbolçunun da "Arsenal"ın təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Balotelli ötən ilin yanvar ayında "Mançester Siti"dən "Milan"a transfer olunmuşdu.

Xəbər 726 dəfə oxundu.